Çin Milli Səhiyyə Komissiyası COVID-19 statistikasını gündəlik dərc etməyəcək
COVID-19-a yoluxma hallarının artması səbəbindən Çinin ali səhiyyə qurumu gündəlik məlumatların dərc edilməsini dayandırır. Çünki davam edən pandemiyada itkilərin sayı hökumət orqanlarının təqdim etdiyi rəsmi rəqəmlərdən çoxdur.
CNN telekanalı xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyasının (NHC) məlumatına görə, xəstəliyin yayılması haqqında müvafiq informasiya NHC tərəfindən idarə olunan Çin CDC altdepartamenti tərəfindən dərc ediləcək. Bu qərar Çində məhdudiyyətlərin kəskin yumşaldılmasından sonra ölkədə koronavirus dalğasının görünməmiş dərəcədə yayılması ilə bağlıdır.
Məlumatda Çin CDC-nin COVID-19 hesabatlarını nə dərəcədə tez-tez dərc edəcəyi göstərilmir. Ənənəvi olaraq Çin CDC ölkə qanunvericiliyi ilə idarə olunan bütün infeksiyalar (mövsümi qripdan tutmuş hepatit B və taunadək) haqqında məlumatı ayda bir dəfə dərc edir.
Bu ayın əvvəlində Çin COVID-19 ilə bağlı tətbiq edilən məhdudiyyətləri kəskin şəkildə yumşaltdığı üçün virusun yayılma miqyası haqqında dəqiq məlumat daxil olmayıb. Hazırda sakinlər infeksiyanın aşkarlanması üçün ekspres-testdən istifadə edir və pozitiv nəticə barədə məlumat verməyə borclu deyillər.
KARUSEL / DÜNYA
Tarix: 26-12-2022, 09:49