AZAL-ın ixrac gəlirləri nə qədər olub?

Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) 8,2 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 milyon dollar və ya 11,8 faiz azdır.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın sentyabr sayında qeyd edilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında “Azərbaycan Hava Yolları” QSC-nin ixrac gəlirləri 9,3 milyon dollar olub.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 14:53

























