Azərenerji”nin ixrac gəlirləri azalıb
2024-cü ilin yanvar ayında “Azərenerji” ASC 28,8 milyon dollar dəyərində məhsul ixrac edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə azdır.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın fevral sayında bildirilib.
Qeyd edək ki, ötən ilin yanvar ayında “Azərenerji”nin ixrac gəlirləri 72,4 milyon dollar olub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 29-02-2024, 14:30