Dünyada ən uzun müddətdir hakimiyyətdə olan monarxın oğlu Sinqapurun görməli yerləri ilə tanış olur

Dünyada hazırda ən uzun müddətdir hakimiyyətdə olan monarx Sultan Həsənal Bolkiahın böyük oğlu, Bruneyin vəliəhd şahzadəsi Əl-Muhtadi Billah beş günlük rəsmi səfər çərçivəsində Sinqapurun mədəni məkanlarını ziyarət edəcək.
"The Straits Times" qəzetinin məlumatına görə, Baş nazir Lourens Vonqun dəvəti ilə bazar ertəsindən cümə gününə qədər Sinqapurda olacaq vəliəhd şahzadə Əl-Muhtadi Billahın Kampong Qlam Malay İrsi Bölgəsindəki mühüm məkan və əsas ibadət yeri olan Sultan məscidini ziyarət etməsi nəzərdə tutulur.
Məscidin qızılı günbəzlərinin aşağı hissəsi şüşə butulka dibləri ilə bəzədilib.

Əsas ibadət zalı 5000-ə qədər insanı qəbul edə bilir. İnsan axınının çox olduğu vaxtlarda Sinqapur rəsmiləri tez-tez yolu bağlayaraq ibadət edənlərin məscid ətrafında toplaşmasına şərait yaradırlar.
Vəliəhd şahzadə həmçinin Kampong Qlamda, Biç Roud (Beach Road) yaxınlığındakı Sultan Qeyt (Sultan Gate) ərazisində yerləşən mədəniyyət mərkəzi və muzey – Malay İrsi Mərkəzini, eləcə də Sentosa adasındakı məşhur turistik məkan olan Sinqapur Okeanariumunu ziyarət edəcək.
Onun səfər proqramına həmçinin "Temasek Shophouse" və ölkənin ilk ağıllı və dayanıqlı rayonu olan "Punggol Digital District" də daxildir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:14


























