Malayziyanın yeni kralı təntənəli mərasimdə and içərək vəzifəsinə başlayıb
Malayziyanın yeni kralı Sultan Abdulla yanvarın 31-də təntənəli mərasimdə and içərək vəzifəsinə başlayıb.
Malayziyanın 17-ci Kralı Sultan İbrahimin andiçmə mərasimi kral sarayında təşkil olunub. Əlahəzrət Sultan İbrahim 5 il müddətinə Malayziyanın kralı olacaq. Mərasimdə Perak ştatının sultanı Nəzrin Muizzuddin Şah isə yenidən kralın müavini kimi and içib.
Qeyd edək ki, 1958-ci ildə doğulan Sultan İbrahim 2010-cu ildən Cohor ştatının sultanı olub. Orta məktəbi Malayziyada və Avstraliyada oxuyan Sultan İbrahim ali təhsilini ABŞ-da Fletçer Hüquq Məktəbində alıb. O, xüsusi təyinatlılar üçün bir neçə kursda, o cümlədən hava-desant təlimlərində və rencer kurslarında iştirak edib. Hərbi xidməti dövründə helikopter pilotluğu və hərbi dəniz təlimlərinə də qatılıb.
Müxtəlif dövlət vəzifələrində çalışmış Sultan İbrahim 1981-ci ildə Cohor ştatının vəliəhd-şahzadəsi elan edilib. Sultan İbrahim atası Sultan İskəndər 1984-1989-cu illərdə Malayziyanın 8-ci kralı olduğu dövrdə Cohor ştatı sultanının səlahiyyətlərini icra edib. Atasının ölümündən sonra 2010-ci ildə Cohor ştatının sultanı elan edilib. Xanım Raca Zarit Sofiya ilə ailəli olan kralın 6 övladı var.
Konstitusiyalı monarxiya sisteminə əsaslanan Malayziyada 9 ştatın hər birinin vəliəhd sultanı var. Malayziya kralı və ya ali rəhbər vəliəhd sultanlar arasından 5 il müddətinə rotasiya qaydasında seçilir. Hər bir sultan yalnız bir dəfə kral seçilə bilər.
KARUSEL / DÜNYA
Tarix: 31-01-2024, 12:04