mobil versiya

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı Krallığında xarici işlər nazirinin müavini ilə görüşüb



Ər-Riyadda Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin müavini Valid bin Əbdül Kərim Əl-Xereyci ilə görüşü olub.
Görüşdə iki dost ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev iştirak edib.

KARUSEL / SİYASƏT
Tarix: 31-07-2023, 13:07