mobil versiya

AAYDA son həftə ərzində görülən işlər barədə məlumat açıqlayıb


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən cari ilin iyulun 31-dən avqustun 7-dək olan müddətdə respublika ərazisində yol tikintisi və təmiri sahəsində görülən işlər barədə məlumat açıqlanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin müddət ərzində Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşır, paytaxtın Nərimanov rayonunda Kazım Kazımzadə küçəsi əsaslı şəkildə təmir edilib, Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələrin quraşdırılması davam edir.
Həmçinin Bakı şəhərinin Nərimanov rayonunda Firdovsi Məmmədov küçəsi təmir olunub və M1 magistral avtomobil yolunun bir hissəsində təmir-bərpa işlərinə başlanılıb.



KARUSEL / İQTİSADİYYAT
Tarix: 7-08-2023, 17:23