mobil versiya

Çin yeni peykini orbitə buraxıb



Çin kosmosa uzaqdan zondlama imkanlarına malik “Yaogan” sinifli Yerin müşahidə peykini göndərib.
“Yaogan-39” peyki Long March 2D raketi ilə orbitə buraxılıb.
Peyk Mərkəzdən işə salınıb. Buraxılış Long March raketləri ilə həyata keçirilən 488-ci missiya olub.
Çin sonuncu dəfə sentyabrın 10-da bu sinifdən olan "Yaogan-40" peykini kosmosa göndərib. Bəzi Qərb mənbələri iddia edir ki, Yaogan sinifli peyklər hərbi kəşfiyyat məqsədilə kosmosa buraxılır və Çin ordusunun strateji dəstək qüvvələri tərəfindən idarə olunur.


KARUSEL / DÜNYA
Tarix: 18-09-2023, 10:18