mobil versiya

“Neftçi” – “Zenit” oyununun vaxtı və yeri bəlli olub


Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” komandası arasında keçiriləcək yoldaşlıq oyununun tarixi və yeri açıqlanıb.
Paytaxt klubunun mətbuat xidmətindən verilən məlumata görə, görüş noyabrın 18-də “Neftçi Arena”da oynanılacaq.
Matçın başlama saatının isə hələ dəqiqləşmədiyi bildirilib.
Qeyd edək ki, “Neftçi” bu ilin iyulunda Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunmuş “Matç TV” turnirində “Zenit”lə qarşılaşıb və rəqibinə 1:3 hesabı ilə uduzub.

KARUSEL / İDMAN
Tarix: 18-10-2023, 17:34