mobil versiya

İran yeni atom elektrik stansiyası tikir



İran gücü 300 MVt olan “Harun” adlı yeni atom elektrik stansiyasının (AES) tikintisinə başlayıb.
IRNA agentliyi bu barədə İranın Atom Energetikası Təşkilatının rəhbəri Məhəmməd Eslamiyə istinadla məlumat yayıb.
“Biz Qərbi Azərbaycan əyalətində radioaktiv materialların hasilatına azı 5 milyard dollar sərmayə yatırmağı planlaşdırırıq. Eyni zamanda, orada “Harun” adlı yeni atom elektrik stansiyasının inşasına başlamışıq. Onun gücü azı 300 MVt olacaq”, - deyə İranın Atom Energetikası Təşkilatının rəhbəri bildirib.
Məhəmməd Eslami bir müddət öncə demişdi ki, 2041-ci ilədək İranda beş AES tikiləcək.
KARUSEL / DÜNYA
Tarix: 25-10-2023, 14:31