mobil versiya

Çin “Tianhui-5” peykini orbitə çıxarıb



Çin “Tianhui-5” yeni kartoqrafiya peykini orbitə çıxarıb.
Peyki orbitə aparan “Uzun yürüş-6” daşıyıcı raketin buraxılışı Pekin vaxtı ilə səhər saat 6:50-də Tayyuan buraxılış məntəqəsində baş tutub. Peykin planlaşdırılan orbitə daxil olduğu bildirilir.
“Tianhui-5” əsasən coğrafi məlumatların xəritələndirilməsi, torpaq ehtiyatlarının araşdırılması və elmi təcrübələr daxil olmaqla tapşırıqları yerinə yetirəcək.
Qeyd edək ki, bu, Çinin “Uzun yürüş” seriyasından 494-cü raket buraxılışıdır.

KARUSEL / DÜNYA
Tarix: 1-11-2023, 08:52