mobil versiya

Millimiz bu gün dünya çempionatında 1/4 final oyununa çıxır


Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/4 final oyununa çıxacaq.
Elşad Quliyevin baş məşqçilik etdiyi komandanın rəqibi Bolqarıstan yığması olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Son Avropa çempionu olan Azərbaycan yığması mundialın G qrupunda mübarizəni maksimum nəticə ilə başa vurub - 3 oyun, 9 xal. Milli qrupda həm Misirə, həm İraqa, həm də Küveytə qalib gəlib. Azərbaycan ötən gün 1/8 finalda Portuqaliyanı məğlub edib.


KARUSEL / İDMAN
Tarix: 2-11-2023, 09:36