mobil versiya

Qəzzada müharibənin qapalı qalan heyrətamiz səbəbi –Qaz yataqları uğrunda kimlər savaşır?



Qəzza zolağındakı münaqişənin arxasında qaz yatağı ilə bağlı kommersiya maraqları ola bilər.
Bu barədə Yunanıstanın “Pronews” portalı yazır.
KİV-lər dəniz şelfində nəhəng enerji ehtiyatlarının olduğunu iddia edir. Söhbət ən azı iki ərazidə – Qəzza -Marina və Med -Yavnedə mövcud olan bir trilyon kubmetr təbii qazdan gedir.
KİV-in məlumatına görə, hazırda Qəzza EEZ-də enerji resurlarını araşdırma hüquqları Britaniyanın BP şirkətinə məxsusdur. Bu hüququn müddəti 2024-cü ildə başa çatır.
Nəşr qeyd edir ki, “kim Qəzzanın hakimi olacaqsa, kəşfiyyat və mədən araşdırmaları üçün özünün lazım bildiyi şirkətə bu hüquqları verəcək”.
Rusiyanın Nefteqaz.ru portalı da münaqişəyə qazın səbəb ola biləcəyini  yazıb. Nəşr xatırladır ki, 2009-cu ildə Aralıq dənizində Qəzza zolağının qarşısındakı şelfdə yataq aşkar edilib. Oradakı qaz ehtiyatları 4 milyard dollar dəyərində qiymətləndirilir.
Qəzza zolağı şelflə birlikdə Fələstin Administrasiyasının nəzarəti altında olub. Qaz yatağının işlənilməsi hüququ hələ 1999-cu ildə 25 il müddətinə 60% payla “British gas”a, 30% payla Livanın “Konsolidated Contractors Company” və 10 faiz payla Fələstin Muxtariyyətinin İnvestisya Fondundan ibarət konsorsiuma verilib.
İsrail məhkəmələr vasitəsilə fələstinlilərin bu qaz yatağına sərəncam vermək hüququndan məhrum edib, ümumilikdə yataqda qaz hasilatının başlanmasına mane olub.
Media Qəzzada baş verən hadisələrlə oradakı karbohidrogen ehtiyatlarına malik dəniz şelfinə nəzarəti uğrunda mübarizə arasında əlaqə olduğunu bildirir.
“The Guardian” qəzeti yazıb ki, ABŞ  Qəzza zolağında yaşayan və qovulması planlaşdırılan fələstinlilərin fikirlərini nəzərə almadan İsraillə Qəzza zolağının gələcək idarə olunması məsələsini müzakirə edir. Ərazidəki karbohidrogen yataqlarına nəzarət bundan sonra tamamilə İsrail və Qərb şirkətlərinin əlinə keçəcək.

KARUSEL / DÜNYA
Tarix: 13-11-2023, 11:11