mobil versiya

Si Cinpinin ABŞ-a səfəri başlayıb



ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının sədri Si Cinpin görüşmək üçün San-Fransiskodadır.
Bu barədə “Sinhua” məlumat yayıb.
Bildirilib ki, bu, 2017-ci ildən sonra Si Cinpinin ABŞ-yə ilk səfəridir. O həmin il eks-prezident Donald Trampla görüşmüşdü.
Cozef Baydenlə Si Cinpinin görüşü Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Sammiti çərçivəsində baş tutacaq.
Gğrüşdən əvvəl Bayden bəyanat verərərək deyib ki, Si Cinpinlə noyabrın 15-də baş tutacaq danışıqların məqsədi iki dövlət arasında normal əlaqəni, o cümlədən hərbi-hərbi əlaqələri bərpa etməkdir.
ABŞ Prezidenti əlavə edib ki, gərginlik dövründən sonra Çinlə münasibətləri yaxşılığa doğru dəyişməyə çalışır.

KARUSEL / DÜNYA
Tarix: 15-11-2023, 11:09