Paşinyan hakim partiyanın üzvü olmayanları vəzifədən uzaqlaşdırmağı tapşırıb

Ermənistanın baş naziri Nikol Paşinyan siyasi komandasını təmizləmək qərarına gəlib.
Bu barədə erməni KİV məlumat yayıb.
Bildirilir ki, baş nazir hakim partiyanın üzvü olmayan, partiyanın fikirlərini paylaşmayan və neytral qalmağa cürət edən bütün məmurları ən qısa zamanda vəzifədən uzaqlaşdırmağı tapşırıb.
O, vəzifəsindən asılı olmayaraq, hakim partiyanın mövqeyini paylaşmayan bütün məmurları - istər təhsil, səhiyyə, idman sahəsində mütəxəssisləri, istərsə də uşaq bağçası və məktəb direktorlarının hamısını - vəzifədən kənarlaşdırmağı tapşırıb.
KARUSEL / DÜNYA
Tarix: 15-12-2023, 12:38