mobil versiya

Bu ölklələrdə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb





Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Tunis Respublikasının Beca, Mahdiya, Aryana, Sfax, Zaqvan, Sidi Bu Zid, Manuba, Bizerta, Ben-Arous, Susa, Silyana, Nabul, Cenduba, Le Kef, Tunis, Monastir, Əl-Qeyrəvan, Kasserin vilayətlərində nodulyar dermatit xəstəliyi, Mərakeş Krallığının Kasablanka-Settat regionunda, Xorvatiya Respublikasının Zaqrebaçka bölgəsində blutanq xəstəliyi, Bolqarıstan Respublikasının Pazarcik vilayətində isə xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.

Bu barədə AQTA məlumat yayıb.

Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Reportyor.az



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:20