mobil versiya

Si Cinpin Çinlə Tayvanı birləşdirmək niyyətində olduğunu açıqlayıb



Si Cinpin Çinlə Tayvanı birləşdirmək niyyətində olduğunu açıqlayıb.
NBC televiziyasının məlumatına görə o bunu  San-Fransiskoda keçirilən sammitdə ABŞ Prezidenti Co Baydenə deyib. Si Cinpin bunun güc yolu ilə deyil sülhlə həyata keçiriləcəyini vurğulayıb.
O, həmçinin Baydenə ABŞ-nin Tayvanın 2024-cü ilin yanvarına planlaşdırılan prezident seçkilərinə təsir etdiyini diqqətə çatdırıb.
Tayvan Çini 13 yanvarda keçiriləcək prezident və parlament seçkilərinə müdaxilə edərək adanın dinc yolla ələ keçirilməsinə hazırlaşmaqda günahlandırmışdı.
KARUSEL / DÜNYA
Tarix: 21-12-2023, 09:21