mobil versiya

Keşlə qəsəbəsində tikinti materialları olan ərazidə yanğın olub



Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində tikinti materialları olan ərazidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan talvar altına yığılmış tikinti materialları 150 kvadratmetr sahədə və yaxınlıqda dayanmış "Mercedes" markalı minik avtomobilinin salon hissəsi qismən yanıb.

Tikinti materialları və avtomobilin qalan hissəsi, ətraf ərazilər yanğından mühafizə olunub.

Reportyor.az




KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 10:16