mobil versiya

Bu günə qədər 17 min 500-dən çox müşahidəçi qeydiyyatdan keçib



Bu günə qədər 17 min 500-dən çox müşahidəçi qeydiyyatdan keçib. Təxminən 6300 seçki məntəqəsinin olacağını nəzərə alsaq, hər məntəqəyə orta hesabla üç müşahidəçi düşür.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 11-də jurnalistlərə müsahibəsində deyib.
“Müşahidəçilərin çox olmasını alqışlayırıq. Arzu edirik ki, həmin müşahidəçilər işğaldan azad edilmiş bölgələrdə də seçki prosesini izləsinlər”, - deyə MSK sədri qeyd edib.

KARUSEL / SİYASƏT
Tarix: 11-01-2024, 13:31