mobil versiya

Fransanın yeni baş nazirinin "əri" xarici işlər naziri təyin edildi



Fransanın yeni xarici işlər naziri Stefan Sejurne təyin olunub.
Bu barədə "BFMTV" telekanalı məlumat yayıb.
Bildirilib ki, Sejurne bu vəzifədə Katrin Kolonnanı əvəz edəcək.
Xatırladaq ki, Stefan Sejurne 2014-cü ildən Fransa prezidenti Emmanuel Makronun müşaviri olaraq çalışıb. O, həm də Fransanın yeni baş naziri Qabriel Qattalın "həyat yoldaşı" kimi tanınır. Belə ki, cütlük 2015-ci ildən etibarən vətəndaş nikahında yaşayır.(trend)

KARUSEL / DÜNYA
Tarix: 12-01-2024, 12:10