mobil versiya

Xalq rəssamı Eldar Mikayılzadənin doğum günüdür



Bu gün mahir xalça ustası, Xalq rəssamı, muzeyimizin eksperti Eldar Mikayılzadənin doğum günüdür. 
Eldar Mikayılzadənin yaradıcılığı yüksək peşəkarlıq prinsiplərinə və xalça sənətinin klassik irsi qarşısında ehtirama əsaslanıb. Güclü yaradıcı potensiala malik görkəmli xalçaçı-rəssamın dərin məzmunlu, xalqımızın ruhunu, adət-ənənəsini, tarixini yaşadan, zəngin milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan bənzərsiz əsərləri onun bütün varlığı ilə bu sənətə bağlı olmasının bariz göstəricisidir.
Sənətkarın  yaratdığı  “Nağıllar aləmi”, “Səttarın arzusu”, “Leyli və Məcnun” kimi bir sıra orijinal sənət nümunələri Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunub saxlanılır.



KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 18-01-2024, 15:21