mobil versiya

Asiya Kuboku: 1/4 finalın ilk iştirakçıları müəyyənləşib


Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinə start verilib.
Dünəniki qarşılaşma keçirilib.
Avstraliya yığması İndoneziyanı 4 cavabsız qolla məğlub edərək 1/4 finalın ilk iştirakçısı olub.
Günün ikinci matçında isə Tacikistan millisi Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan matçda qalibi penaltilər seriyası müəyyənləşdirib. Burada daha dəqiq (5:3) oynayan taciklər ilk dəfə turnirin 1/4 finalına vəsiqə qazanıblar.
Qeyd edək ki, Asiya Kubokuna fevralın 10-da yekun vurulacaq.

KARUSEL / İDMAN
Tarix: 29-01-2024, 10:33