mobil versiya

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı hazırlıq işləri yekunlaşır



Xocalı soyqırımının ildönümü ilə əlaqədar keçiriləcək anım tədbirlərinə hazırlıq işləri yekunlaşmaq üzrədir.

Bu barədə Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

O bildirib ki, Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı paytaxtın Xətai rayonunun Xocalı prospektində “Ana fəryadı” abidəsinin yerləşdiyi parkda aparılan hazırlıq işlərinə fevralın əvvəlindən başlanıb.

Parkın ətrafında və daxilində yararsız hala düşmüş hissələrdə aqlay daşla üzlənmə, skamyaların rənglənməsi, işıqlanmanın bərpası, günlüklərin təmiri işləri aparılır.

"Xocalı prospekti boyu yerləşən binaların fasadları təmizlənir, səkilər yuyulur. Xocalı parkına gələn küçə və yollarda gül və dekorativ gül kollarının əkilməsi həyata keçirilir. Artıq son tamamlanma işləri həyata keçirilir", - deyə şöbə müdiri bildirib.
KARUSEL / ÖLKƏ
Tarix: 23-02-2024, 15:12