mobil versiya

"Ocaq Sport" klubunun açıq birincilik yarışları start götürüb



Bakı Olimpiya İdman Kompleksində 4-cü "Ocaq Sport" klubunun bədii gimnastika üzrə açıq birincilik yarışlarına start verilib.
Yarışlarda "Ocaq Sport" klubunun təmsilçiləri ilə yanaşı, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Su İdmanı Sarayı, və Şağan Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, "Ocaq Sport" klubunun Hövsan bölməsi və Şağan Olimpiya İdman Kompleksinin yetirmələri də iştirak edir. Yarışlarda bütünlükdə 180-dən çox gimnast iştirak edir.
Yarışlar balalar (2017-2018-ci il), uşaqlar (2014-2016-cı il), yeniyetmələr (2011-2013-cü il) və gənclər (2009-2020-cu il) yaş kateqoriyaları üzrə keçirilir. Fərdi proqramda çıxış edən gimnastlarla yanaşı, birincilikdə 2017-2018, 2014-2016, 2013-2012-ci il təvəllüdlü idmançılardan ibarət komandalar qrup hərəkətləri ilə çıxış edirlər.
"Ocaq Sport" klubunun bədii gimnastika üzrə açıq birinciliyi 4-6 aprel tarixlərində keçirilir.



KARUSEL / İDMAN
Tarix: 4-04-2024, 14:51