mobil versiya

8 Noyabr prospektində təmir işləri davam etdirilir SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ




14 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-08-2024, 11:14