mobil versiya

Rusiyalı diplomat İranın nüvə obyektlərinə fəlakətli zərbələrə qarşı xəbərdarlıq edib



Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İranın nüvə infrastrukturuna zərbələrin daha geniş region üçün“fəlakətli nəticələri olacağı barədə xəbərdarlıq edib.

ABŞ prezidenti Donald Tramp bazar günü İranı nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gələ bilməsə, onu bombalayacaq və ölkəyə ikinci dərəcəli tariflər tətbiq edəcəyi ilə hədələyib.

Reportyor.az xəbər verir ki, Ryabkov jurnala müsahibəsində Rusiya dövlət mediasına istinadən Trampın İrana qarşı “ultimatum” adlandırdığını pisləyib.

“Biz bu cür üsulları yersiz hesab edirik, onları qınayırıq”, - deyə o bildirib.
KARUSEL / DÜNYA
Tarix: 1-04-2025, 15:28