mobil versiya

Braziliya prezidenti İsraili Qəzzada qəsdən planlaşdırılmış soyqırımda ittiham edib




Braziliya prezidenti Luiz İnasio Lula da Silva Parisə səfəri zamanı İsraili Qəzzadakı Fələstin ərazisində qəsdən planlaşdırılmış soyqırım törətməkdə ittiham edib.

Reportyor.az xəbər verir ki, o, Fransa prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında deyib: “Bu, öz xalqının maraqlarına qarşı müharibə aparan ifrat sağçı hökumətin əvvəlcədən düşünülmüş soyqırımıdır.

Lula əvvəllər soyqırım ifadəsini işlətsə də, Makron bundan imtina edərək, keçən ay “siyasi liderin ifadə işlətməsinin deyil, yeri gələndə bunu tarixçilərin işidir” deyib.
KARUSEL / DÜNYA
Tarix: 5-06-2025, 17:08