mobil versiya

İranın Hörmüz boğazını bağlamasından ən çox hansı ölkələr təsirlənəcək?








Hörmüz boğazından keçən neftin təqribən 84 faizi Asiyaya yönəlib və İran ABŞ-ın nüvə obyektlərinə zərbələri ilə bağlı mühüm ticarət marşrutunu blokadaya alacağı təqdirdə Çin, Hindistan, Cənubi Koreya və digər ölkələrin iqtisadiyyatlarını həssas vəziyyətdə qoyur.

Reportyor.az bildirir ki, ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, boğazdan gündə təxminən 14,2 milyon barrel xam neft və 5,9 milyon barrel digər neft məhsulları keçir ki, bu da birinci rübdə qlobal istehsalın təxminən 20 faizini təşkil edir.

Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Küveyt, Qətər və İrandan gələn xam neft isə demək olar ki, yalnız dəhlizdən keçir.

Boğaz vasitəsilə ixrac edilən neftin təyinatı üzrə əsas Asiya ölkələri bunlardır:

Çin
Ekspertlərin hesablamalarına görə, Şərqi Asiyanın idxal etdiyi neftin yarıdan çoxu Hörmüz boğazından keçir.

EIA-nın məlumatına görə, Çin bu ilin birinci rübündə Hörmüz vasitəsilə gündə 5,4 milyon barrel xam neft idxal edərək ən böyük alıcılardan biridir.

Səudiyyə Ərəbistanı Çinin ikinci ən böyük xam neft tədarükçüsüdür və onun ümumi neft idxalının 15 faizini - gündə 1,6 milyon barel təşkil edir.

Kpler analitik firmasına görə, Çin də İranın neft ixracatının 90 faizindən çoxunu alır.

O, aprel ayında gündə 1,3 milyon barel İran xam nefti idxal edib ki, bu da martdakı beş ayın ən yüksək göstəricisindən aşağı olub.

Hindistan
EIA məlumatları göstərir ki, Hindistan birinci rübdə dəhliz vasitəsilə gündə 2,1 milyon barrel xam neft idxal edərək Hörmüz boğazından çox asılıdır.

Yerli media xəbər verir ki, 2025-ci ilin əvvəlində Hindistanın idxal etdiyi neftin təxminən 53 faizi Yaxın Şərq təchizatçılarından, xüsusilə İraq və Səudiyyə Ərəbistanından gəlib.

Yaxın Şərqdə artan münaqişədən ehtiyatlanan Yeni Dehli son üç ildə Rusiya neftinin idxalını artırıb.

Hindistanın neft və təbii qaz naziri Hardeep Singh Puri bazar günü deyib: "Biz son iki həftədən bəri Yaxın Şərqdə inkişaf edən geosiyasi vəziyyəti diqqətlə izləyirik. Biz son bir neçə ildə tədarükümüzü şaxələndirmişik və tədarükümüzün böyük bir hissəsi indi Hörmüz boğazından keçmir" deyə X-də yazıb və əlavə edib: "Vətəndaşlarımıza yanacaq tədarükünün sabitliyini təmin etmək üçün bütün lazımi addımları atacağıq."

Cənubi Koreya
EIA-nın məlumatına görə, Cənubi Koreyanın xam neft idxalının təxminən 68 faizi Hörmüz boğazından keçir - bu il gündə 1,7 milyon barel.

Cənubi Koreya xüsusilə keçən il neft idxalının üçdə birini təşkil edən əsas təchizatçı Səudiyyə Ərəbistanından asılıdır.

Seulun Ticarət və Energetika Nazirliyi “Cənubi Koreyanın xam neft və LNG idxalında indiyədək heç bir fasilə olmadığını, lakin təchizat böhranı ehtimalını nəzərə alaraq” rəsmilərin Hörmüz boğazında potensial fasilələri planlaşdırdıqlarını” bildirib.

"Hökumət və sənaye maraqlı tərəfləri təqribən 200 günlük tədarükə ekvivalent olan strateji neft ehtiyatını saxlamaqla fövqəladə hallara hazırlaşıblar", - nazirliyin bəyanatında deyilir.

Yaponiya
Yaponiya Hörmüz boğazından gündə 1,6 milyon barel xam neft idxal edir, EIA bildirir.

Yaponiya gömrük məlumatlarına görə, keçən il xam neft idxalının 95 faizi Yaxın Şərqdən həyata keçirilib.

Ölkənin enerji daşımaları şirkətləri boğazın potensial blokadasına hazırlaşır.

"Hazırda gəmilərimizin körfəzdə keçirdiyi vaxtı mümkün qədər qısaltmaq üçün tədbirlər görürük" dedi gəmiçilik nəhəngi Mitsui OSK deyib.

Digərləri
Birinci rübdə hər gün Hörmüz boğazından keçən təxminən 2 milyon barel xam neft Asiyanın digər hissələrinə, xüsusən də Tayland və Filippinə, eləcə də Avropaya (0,5 milyon barel) və ABŞ-a (0,4 milyon barel) göndərilib.

Məhdud alternativlər
Asiya ölkələri öz neft tədarükçülərini diversifikasiya edə bilər, lakin Yaxın Şərqdən gələn böyük həcmləri əvəz etmək çətindir.

MUFG Bankın ekspertləri qısamüddətli perspektivdə qlobal neft ehtiyatlarının artması, OPEC+-ın mövcud ehtiyat gücü və ABŞ-ın şist istehsalının hamısı müəyyən bufer təmin edə bilər. Lakin Hörmüz boğazının tam bağlanması hələ də [Ərəb] körfəzində cəmlənmiş bu ehtiyat istehsal gücünün əsas hissəsinin əlçatanlığına təsir göstərəcək.

Səudiyyə Ərəbistanı və BƏƏ-nin boğazdan yan keçmək üçün infrastrukturu var və bu, potensial pozğunluqları azaldır, lakin onların tranzit imkanları çox məhdud olaraq qalır --gündə təxminən 2,6 milyon barel.

İranın Oman körfəzi vasitəsilə ixrac etmək üçün inşa etdiyi və ötən ildən fəaliyyətsiz olan Goreh-Jask boru kəmərinin EIA-ya görə maksimum gücü sutkada cəmi 300 min bareldir.




KARUSEL / GÜNDƏM
Tarix: 23-06-2025, 16:49