Neft mayorları İraqda bəzi personalı evakuasiya edir

İraqın neft yataqlarında fəaliyyət göstərən Eni, BP və TotalEnergies neft şirkətləri bir sıra xarici işçilərini təxliyə edib.
Reportyor.az xəbər verir ki, bu barədə İraqın dövlət Bəsrə Neft Şirkəti bu gün verdiyi açıqlamada deyilir.
Bununla belə, iki neft rəsmisi Reuters-ə bildiriblər ki, İraqın cənub neft yataqlarında neft əməliyyatları təsirlənməyib və ixrac gündə orta hesabla 3,32 milyon barel təşkil edib.
Görülən tədbirlər ABŞ-ın İraqla həmsərhəd olan İsrail və İran arasında toqquşmaların alovlanması ilə İslam Respublikasındakı nüvə obyektlərinə hücumuna dünya Tehranın cavabını gözlədiyi bir vaxta təsadüf edir.
İrana bağlı İraq silahlı qruplaşması “Kətaib Hizbullah” xəbərdarlıq etmişdi ki, ABŞ İsrail və İran arasındakı münaqişəyə müdaxilə edərsə, bölgədəki ABŞ əsgərlərinə hücumları bərpa edəcəklər.
KARUSEL / DÜNYA
Tarix: 23-06-2025, 17:30