mobil versiya

NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək




NATO-nun növbəti sammiti 2026-cı ildə Türkiyədə, 2027-ci ildə isə Albaniyada keçiriləcək.

Reportyor.az xəbər verir ki, bu barədə NATO-nun Haaqa sammitinin yekun bəyanatında bildirilib.

“Niderland Krallığının bizə göstərdiyi səxavətli qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. Biz 2026-cı ildə Türkiyədə növbəti görüşümüzü, ardınca isə Albaniyada keçiriləcək görüşü səbirsizliklə gözləyirik”, – bəyanatda qeyd edilib.


KARUSEL / DÜNYA
Tarix: 25-06-2025, 17:14