mobil versiya

KİV: Pakistan ABŞ-ın ərazisinə çata biləcək kontinentlərarası raket hazırlayır



"Pakistan ölkəmizin ərazisinədək çata biləcək kontinentlərarası ballistik raket hazırlayır”.

"Republic World" nəşrinin xəbərinə görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu addım ya ABŞ-ın mümkün zərbələrinə, ya da Hindistanla gələcəkdə baş verməsi ehtimal olunan müharibəyə hazırlıq məqsədi daşıyır.
Məlumatda rəsmi İslamabadın bu addımı atmasının ABŞ-la gərginlik yaradacağı və İslamabadı rəsmi Vaşinqtonun nüvə məsələsindəki düşmənlərindən birinə çevirəcəyi də açıqlanıb.(apa)

KARUSEL / DÜNYA
Tarix: 26-06-2025, 16:26