mobil versiya

Bu ölkələrdən diri quş və quşçuluq məhsullarının idxalına qadağa qoyulub





Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Monqolustanın Ulan-Bator şəhərində dabaq xəstəliyi, Şimali Makedoniya Respublikasının Şimal-Şərqi, Pelaqoniya, Şərq regionlarında, Sloveniya Respublikasının Notransk-Kraşka regionunda blutanq xəstəliyi, Kamboca Krallığının Battambanq əyalətində, İspaniya Krallığının Estremadura muxtar icmasında, Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, cütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Reportyor.az



KARUSEL / İQTİSADİYYAT
Tarix: 24-07-2025, 16:24