mobil versiya

DÇ-2026: Azərbaycan millisi bu gün Ukrayna ilə qarşılaşacaq



Azərbaycan millisi bu gün 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

Milli Bakıda Ukrayna yığması ilə üz-üzə gələcək.

Oyun Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı yunanıstanlı FİFA referisi Vassilis Fotias idarə edəcək.
Azərbaycan millisində ötən gün portuqaliyalı mütəxəssis Fernandu Santuş istefaya göndərilib. Komandanı bugünkü görüşə U-21-in baş məşqçisi Ayxan Abbasov çıxaracaq. 
Azərbaycan millisi sentyabrın 5-də səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.

Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:39