mobil versiya

Bakıda plazadan iri şüşə parçası yerə töküldü - xəsarət alanlar var - VİDEO


Bakının Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb.

Repoertyor.az APA-ya istinadla xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

Belə ki, "Globus Plaza"ya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və 1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub. Hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, plazadan APA-ya faktı təsdiqləyiblər.

Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.




KARUSEL / HADİSƏ / ÖLKƏ / VİDEOXƏBƏR
Baxılıb: 25 Tarix: 12-09-2019, 10:15


Şərh bildir
yenilə, əgər kod görünmürsə