mobil versiya

XİN İsrail-İran arasında yaranmış gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar vətəndaşlara müraciət edib





Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrail və İran arasında yaranmış gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar vətəndaşlara zəruri olmadığı təqdirdə bu ölkələrə səfər etməmək, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə xəbərdarlıq edib.

Reportyor.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

İsrail Dövləti və İran İslam Respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.
 
Hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.
 
Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
 
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
tehran@mission.mfa.gov.az
+98 905 523 01 07
 
Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu
tabriz@mission.mfa.gov.az
+98 901 414 31 57

XİN-dən həmçinin, hazırda İsrail Dövlətində olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.
 
Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:
 
Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi
telaviv@mission.mfa.gov.az
+972 54 539 77 88


MANŞET / KARUSEL / GÜNDƏM
Tarix: 13-06-2025, 13:14