mobil versiya

Ölkədə çoxuşaqlı ailələrin sayı niyə azalır? - Əhali arasında VİDEOSORĞU



Azərbaycanda çoxuşaqlı ailə modeli tarixə qovuşmaq üzrədir. Ölkədə doğulan uşaqların sayı, eləcə də ailədə 3, 4 və 5-ci uşağın doğulması halları azalıb.

2018-ci ildə ölkədə 138 min 982 uşaq dünyaya gəlib ki, 2005-ci illə (141 min 901 uşaq) müqayisədə azdır. 2011-2014-cü illər ərzində doğulan uşaqların sayı 170 mindən az olmasa da, 2015-ci ildən başlayaraq, bu say getdikcə azalmağa başlayıb.

Səbəb isə odur ki, əksər ailələr 1 və 2 uşaqla kifayətlənir, onların maddi yükünü, təhsil və sağlamlıq qayğılarını çəkməyə, gələcək təminatını yaxşılaşdırmağa çalışırlar.

2014-cü ildə ölkədə 1222 uşaq ailənin 5-ci və daha sonrakı övladı kimi dünyaya göz açdığı halda, 2015-ci ildə onların sayı 1108-ə, 2016-cı ildə 1019-a, 2017-ci ildə 946-a, 2018-ci ildə 925-ə enib.

Bəs, bu durumun səbəbi nədir? Ekspertlər hesab edir ki, həm maddi imkanların məhdud olması, həm qadınların daha çox təhsil və karyera arxasınca getməsi, həm də şəhərləşmə prosesinin sürətlənməsi və müasir yaşam tərzi çoxuşaqlı ailə məsələsini də arxa plana atır.

Bəs, xalq nə düşünür? Ölkədə çoxuşaqlı ailələrin sayı niyə azalır? Ailədə ideal uşaq sayı neçədir?

Daha ətraflıq təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.//musavat.com




MANŞET / KARUSEL / GÜNDƏM / SOSİAL / ÖLKƏ / CƏMİYYƏT
Baxılıb: 596 Tarix: 22-09-2019, 18:50


Şərh bildir
yenilə, əgər kod görünmürsə