mobil versiya

Bred Pittin ətəyi müzakirələrə səbəb oldu - FOTO




Ötən gün Almaniyada "Bullet Train" adlı ekran işinin premyerası baş tutub.

BAKU.WS xəbər verir ki, paytaxt Berlində keçirilən təqdimata ulduz axını olub. Premyeraya təşrif buyuran məşhurlar arasında filmin əsas rol ifaçısı Bred Pitt də olub.

Bir müddət əvvəl aktrisa Ancelina Coli ilə həyat yollarını ayıran Pitt qeyri-adi geyimi ilə bütün diqqətləri üzərinə toplayıb. 

Belə ki, 58 yaşlı Bred gecəyə çəhrayı köynək, açıq qəhvəyi rəngli jilet və ona uyğun rəngdə ətək geyinib. Aktyor libasını qara çəkmələrlə tamamlayıb.

Ulduzun yeni tərzi müzakirələr yaradıb. Sosial şəbəkə istifadəçiləri onun premyeraya ətək geyinməsinin cəsarətli addım olduğunu bildiriblər.
MARAQLI / KARUSEL
Tarix: 20-07-2022, 11:30