mobil versiya

Yaponiyanın milli geyimi - kimono



Yaponiyanın milli geyimi dedikdə hər kəsin ilk ağlına "kimono" gəlir ki, kimono sözünün özü "geyinmək", "nəsə/əşya/birşey" sözlərinin birləşməsindən yaranıb. Lakin elə hər kəs də kimononun hər fəsilə uyğun formalarının olduğundan xəbərsizdir. 
Qış fəslində ən çox geyinilən kimonoya "furisode" kimonosu aiddir. Beləki, bu kimononun qolları uzun və qol hissəsinin eni geniş olduğundan bunu cavan, evlənməmiş qızlar geyinir. Niyə evlənməmiş? Çünki keçmişdə qızlar sevdiklərinə olan məktubları bu geniş qollarda gizlədə bilirdilər. 
Bəs evləndikdən sonra? 
Evləndikdən sonra isə "tomesode" kimonosu geyinilir. Bu kimononun artıq təxmin etdiyiniz kimi qollarının eni ensiz, uzunluğu isə qısa olur. İki rəngdən ibarət olur: qara və rəngli. Adətən bu kimono toylarda, xüsusi günlərdə, mərasimlərdə geyinilir ki, kimononun ön hissəsinə ailənin öz nişanəsi sancaq taxılır. Qara və rəngli tomesode kimonoları ətək hissəsində olan naxışlarına görə fərqlənir. 

MARAQLI / KARUSEL
Tarix: 23-11-2023, 12:31