mobil versiya

Santa-Klaus dünyanın bütün qitələrində milyonlarla hədiyyə paylayıb



Santa-Klaus (Şaxta Baba) katoliklərin Milad bayramı ilə əlaqədar dünyanın bütün qitələrinə gəzərək təxminən 6,7 milyon hədiyyə paylayıb.
Bu barədə Santa-Klausun hərəkət istiqamətini izləyən Şimali Amerika Qitəsinin Aerokosmik Müdafiə Komandanlığı məlumat yayıb. Onun yerini müəyyən etmək üçün radar sistemlərindən, peyklərdən və döyüş təyyarələrindən istifadə edilir.
Ənənəyə uyğun olaraq, Santa-Klaus dekabrın 24-də doqquz maralın çəkdiyi sehrli kirşə ilə dünya səyahətinə çıxır. O, hazırda ABŞ-ın qərb hissəsini gəzir.
Qeyd edək ki, Milad bayramının baş personajının hərəkət istiqamətini izləmək ənənəsi 1955-ci ildə başlayıb.

MARAQLI / KARUSEL
Tarix: 25-12-2023, 13:57