İran iqtisadi sanksiyaları aradan qaldırmağa çalışacaq

Ötən həftənin İranın xarici diplomatiyasının aktivliyi ilə seçildiyini deyən Rəbii əlavə edib ki, İslam Respublikası ABŞ-ın təzyiqlərinə təslim olmayıb:
“İran hökuməti bütün gücü ilə çalışır ki, ABŞ-ın sanksiyalarının mənfi nəticələrini azaltsın, eyni zamanda Hərtərəfli Birgə Fəaliyyət Planında qalan üzvləri öz öhdəliklərini yerinə yetirməyə məcbur etsin”.
Qeyd edək ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Bu planın avropalı üzvləri sazişi qorumaq istiqamətində 2019-cu ilin yanvar ayında İranla ticarəti davam etdirmək üçün İNSTEX maliyyə mexanizminin yaradıldığını bəyan ediblər. İran saziş tərəflərinin öz öhdəliklərini yerinə yetirmədiklərini əsas götürərək 8 mayda sazişdə nəzərdə tutulan 300 kiloqramdan artıq uranın satışı ilə bağlı öhdəlikləri dayandırdığını bəyan edib. İran 7 iyulda uranın 3,67%-lik zənginləşdirilməsi və Ərak Ağır Su reaktorunun rekonstruksiyası ilə bağlı nüvə sazişində nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyəcəyini elan edib. İranın Avropa tərəfinə verdiyi 60 günlük vaxt 7 sentyabrda başa çatır.
SİYASƏT / DÜNYA
Tarix: 27-08-2019, 09:27