mobil versiya

Sevda Yahyayeva ailəvi istirahətdə - FOTO/VİDEO




Müğənni Sevda Yahyayeva istirahətə yollanıb.

BAKU.WS xəbər verir ki, sənətçi həkim əri Zakir Bayramovla bu dəfə Rusiyaya üz tutub. Əvvəl Moskvada dincələn cütlük daha sonra Sankt-Peterburq şəhərinə yollanıb.

Bununla bağlı Sevda sosial şəbəkə hesabında məlumat verib. O, həyat yoldaşı ilə çəkdirdiyi fotosunu paylaşaraq “Sankt-Peterburqdan hər kəsə salam. Burada artıq qışdır” şərhini yazıb.

Rusiyada havanın soyuq olmasına baxmayaraq, istirahətini davam etdirən cütlük gəmi ilə Baltik dənizinə də səyahət ediblər. Sevda səyahəti boyunca lentə alınan fotoları və videoları instaqram hesabında izləyiciləri ilə bölüşüb. Onun paylaşımlarına minlərlə bəyənmə gəlib, çoxsaylı şərhlər yazılıb.


SON XƏBƏR / KARUSEL
Tarix: 23-08-2021, 15:00