mobil versiya

Sürücülərin NƏZƏRİNƏ: Bu küçə və prospektlərdə tıxac var - SİYAHI




Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Sıxlıq olan ərazilərin siyahısını təqdim edirik:

Bakı-Sumqayıt şosesi (Xırdalan dairəsi istiqamətindən Avtovağzal” metrostansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi adlanan istiqamətdə) sıxlıqdır.

Binəqədi şosesində sıxlıqdır (əsasən, Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur).

Ziya Bünyadov prospekti - əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq Daxili İşlər Nazirliyinin Hospitalının qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə) sıxlıq müşahidə olunur səbəbi yol-nəqliyyat vasitələrinin çoxluğudur.

Tbilisi prospekti – əsas yol (20 Yanvar dairəsindən əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıqdır.
SON XƏBƏR / KARUSEL
Tarix: 30-08-2021, 10:04