mobil versiya

"O uşaqlarını atdı, öz xalası qızının evini dağıtdı" - Efirə gələn zəng hər kəsi ŞOK ETDİ - VİDEO



Mələk adlı gənc qadın qucağında 11 aylıq körpəsilə "Səni axtarıram" proqramına gələrək uşağı sığınacağa vermək istədiyini bildirib. 

Qadın ilk evliliyindən iki uşağı olduğunu, qucağındakı uşağı ikinci evliliyindən dünyaya gətirdiyini deyib.

Ərindən şiddət gördüyünü deyən Mələk işləmək istədiyini, lakin uşağa baxacaq kimsəsinin olmadığı üçün sığınacağa vermək məcburiyyətində qaldığını söyləyib.

Qazaxda yaşayan qadın hazırda Bakıda kirayə tutduğu evdə yaşayır və kirayə pulunu verə bilmir.
 

Verilişə gələn zəng hər kəsi təəccübləndirib. Telefon bağlantısı yaradan tamaşaçı efirə çıxan qadın haqqında bəzi faktlar ortaya qoyub:

"O xanımın iki uşağı var. O iki uşağını atdı, öz xalası qızının evini yıxdı. O çox axmaq şeydi. Yaxşı ana olsaydı balalarını atmazdı. Onun həyat yoldaşı gəlib uşaqlarını əlindən alıb apardı. İndi orada ağlayıb yardım istəyir. Hər istəyən ora çıxıb yardım istəməməlidir. Elələrinə yardım heç düşmür!"
 
Mələk izləyicinin söylədiklərini təkzib edib. 


SON XƏBƏR / KARUSEL / VİDEOXƏBƏR / REDAKTOR SEÇİMİ
Baxılıb: 129 Tarix: 29-10-2019, 16:00


Şərh bildir
yenilə, əgər kod görünmürsə