mobil versiya

QNET-dən növbəti xeyriyyə aksiyası: Ərazi yaşıllığa büründü… – Fotolar




Daim xeyriyyə aksiyaları ilə gündəmə gələn QNET şirkəti bu dəfə ətraf mühitə töhfəsini verib.

Şirkət Bakıda ağac əkmə aksiyası keçirib. Yüzdən çox iştirakçı və böyük bir ərazi… Yaşıllıq ərazilərinin oksigen mənbəyi olduğunu yaxşı dərk edən
bu gənclərin bir araya toplaşmasına səbəb ərazini yaşıllıqlarla örtməkdir. QNET şirkəti və RİTM fondu Azərbaycanda növbəti aksiyasını həyata keçirib. Aksiyada şirkətin müstəqil nümayəndələri, Türkiyə və Rusiyadan gələn əməkdaşları iştirak edib.

Ümumilikdə 100-ə yaxın iştirakçı paytaxtda 1000 ədəd həmişəyaşıl ağac əkib. Fəaliyyət göstərdiyi müddət ərzində şirkət hər bir ölkədə insanları təbiəti qorumağa, yaşıllığın qeydinə qalmağa çağırır. Elə buna görə də mütəmadi olaraq, bu cür tədbirlər həyata keçirir və insanların diqqətini bu sahəyə yönəldir. Qeyd edək ki, QNET şirkəti bundan sonra da belə tədbirləri davam etdirəcək. QNET haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, bu məqalə şirkət, birbaşa satış sənayesi haqqında və şirkət ilə bağlı ən populyar sualların cavablarına dair daha ətraflı məlumat verməyə kömək edəcəkdir.

Şirkət Malayzia, Sinqapur, Filippin, İndonezia və BƏƏ nin Birbaşa Satış Asossiasiyalarına daxil olmaqla yanaşı, bütün dünyada müxtəlif idman sahələrində aktiv sponsorluq edir. Belə sponsorluqlardan ən əhəmiyyətlisi “Mançestr Siti futbol klubunun həm kişi, həm də qadın komandalarının, eyni zamanda Afrika Futbol Konfederasiyasının (CAF) rəsmi birbaşa satış partnyoru olmasıdır. 2019-cu ilin sentyabr ayında 21 illiyini qeyd edən industriyanın nəhənglərindən biri olan şirkət müştərilərinə və Müstəqil Nümayəndə adlanan distribüterlərinə həyat səviyyəsini yüksəldən geniş
çeşiddə məhsullarını təklif edir. Şirkətin dünya üzrə 25 ofis və agentlikləri, habelə 50-dən çox loqistika mərkəzləri vardır ki, bunlar da müxtəlif ölkələrdə yerləşir. BƏƏ-də şirkətinin 3 yerdə qərargahı vardır: Dubay və Əbu-Dabidə ofisləri, Dubayda yerləşən loqistika mərkəzi.

Şirkət Malayziya, Sinqapur, Filippin və İndoneziyanın Birbaşa Satış Assosiasiyasının üzvüdür. Bundan əlavə, o, həmçinin Hon-Konq Sağlam Qida Assosiasiyanın və Sinqapurun Ləvazimatlar Sənayesi Assosiasiya kimi müəssisələr arasında özünə məxsus yer tutur.

Şirkət həmçinin korparativ ictimai məsuliyyəti ilə də seçilir. Buna dünyanın hər yerində keçirdiyi xeyriyyə aksiyaları dəlalət edir. Belə aksiyalar əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqlara, cəmiyyətin inkişafına və cəmiyyətin rifahının yüksəlməsinə istiqamətlənir.Sözügedən xeyriyyə aksiyaları həmçinin Azərbaycanda da mütəmadi olaraq keçirilir. Buna misal olaraq, milli bayramlarında Ümid Yeri Uşaq Evinə
yardım edilir.

Daha ətraflı informasiya üçün şirkətin veb-saytına müraciət edə bilərsiniz https://www.qnet.net/






SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 12-11-2019, 14:24