mobil versiya

"Yataqxanada böyümüşəm, Mirşahin 5-ci mərtəbəsində yaşayırdı, biz 3-də" - VİDEO



Xalq artisri Röya Ayxan yataqxanada yaşadığını etiraf edib.

İfaçı bu barədə Xəzər TV-nin "5-də 5" proqrmında danışıb.

Zaur Kamal studiyaya təhsil haqqının ödənilməsinə yardım etdiyi İdman Akademiyasının 1-ci kurs tələbəsini dəvət edib. Söhbət zamanı onların yataqxanada yaşadığı məlum olub. Röya özünün də yataqxanada böyüdüyünü deyərək 17 yaşlı tələbəyə ürək-dirək verib: 

"Kasıbçılıqdan, yataqxanada qalmaqdan heç narahat olmayın. Mən Nəşriyyat Evinin yataqxanasında böyümüşəm. Mirşahin (REAL TV-nin rəhbəri Mirşahin Ağayev) 5-ci mərtəbədə yaşayırdı, biz 3-də. O yataqxanadan bir çox mərd uşaqlar çıxdı, biri də mənəm".



SON XƏBƏR / BANNER / KARUSEL / ÖLKƏ
Tarix: 4-01-2020, 15:56