mobil versiya

Ermənilər Gürcüstanı biri-birinə vurdu - 5 BİNA YANDIRILDI




Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib.


Publika.az xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub.

Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv gənc Axalkalakidə yerləşən 4 ev və 1 mehmanxananı yandırıblar. Yandırılan binaların sahibinin gəncin qətli ilə bağlı olduğu bildirilir.

Samtsxe Cavaxetinin qubernatoru Besik Amiranaşvili Axalkalakidə olub. O, iğtişaşların kriminal insidentlə bağlı olduğunu deyib.

Axalkalaikdə hazırda vəziyyətin gərgin, lakin nəzarət altında olduğu bildirilir.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 9-08-2020, 00:48