mobil versiya

SON DƏQİQƏ: Düşmən mülki evi atəşə tutdu, Tovuzda vəziyyət gərginləşdi... - FOTOLAR



Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Ağdam kəndində atəşkəs rejimi yenidən pozulub.

KONKRET.az-ın Gəncə-Qazax bürosunun verdiyi məlumata əsasən təxminən 2 saat öncə düşmən tərəfi mülki şəxslərin yaşadığı evləri hədəf alıb. Kənd sakini Bağırova Laçın Zamin qızının evi şiddətli atəşə tutulub. Hadisə zamanı sakinlər evdə olsa da, xoşbəxtlikdən kimsə xəsarət olmayıb. Buna baxmayaraq yaşayış evinə ciddi ziyan dəyib.

Evin hər yerində güllə deşiklərini görmək olur. Silahlı qüvvələrimizin kəskin cavab həmləsi ilə düşmən susdurulub.Hazırda atışma səsləri səngiyib.








SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 22-08-2020, 17:23