mobil versiya

Bu gündən kafe-restoranlar gecə 12-yə qədər işləyəcək




Bu gündən etibarən müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə veriləcək. 


REPORTYOR.AZ xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 8-09-2020, 09:51