mobil versiya

MN: Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub




Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.

Bu barədə REPORTYOR.AZ-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Noyabrın 2-nə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 2-11-2020, 10:15