Sülh istəyiriksə, savaş nəyə lazım?


Tədbirlərdən birində ictimai həyatda tanınan qadınardan biri erməni anaları ilə sülhdən danışırdı. Dözə bilməyib, tədbiri tərk etdim.
Yol boyu düşünürdüm: - mənim mənsub olduğum xalq tarix boyu onsuz da sülhsevər, qonaqpərvər olub.
Nəinki ermənilərlə bütün xalqlar və milli azlıqlarla dostluq, qonşuluq, hətta qohumluq əlaqələri içərisində olmuşuq, bu gün də elədir.
Buna görə də sülhü onlar bizimlə istəməli deyillərmi? Həm də qansız və qadasız.
Axı biz kimsənin torpağını işğal etməmişik, axı neçə-neçə qaçqın-köçkün bizimdi.
Mən bəzi məsələləri çox da siyasət hissi ilə yanaşmıram.
Axı hamımız insanıq, hamımızı Allah yaradıb. Və o yaradan da ayrı-seçkilik etmədən bütöv, azad və saf insanlar yaradır.
Nədən insanlar sonra statuslara, millətlər,ə dinlərə bölürlər özlərini? Hətta öldürür, parçalayırlar? Nədən?
Yox, sülh istəyirlərsə, onda niyə savaş başladırlar?
Niyə gənc qardaşlar şəhid, qazı olur haqsızlıq uğruna? Analar gözü yaşlı, nişanlı qızlar yarsız qalır?
Onda əvvəldən müharibə nəyə gərək idi?
Mənim suallarim çox idi. Amma bir təsəllim vardı - xalqımı haqsızca qıranlarla sülh istəyənin danşığını səssizcə protesto edib, tədbiri tərk etdim. Mənim gözlərimdə yol boyu öz analarımızın fəryadı, Xocalıdakı vəhşicə öldürülən körpələrin əksi, həlak olan cavan əsgər və zabitlərin şəkilləri canlanırdı...
YAZARLAR
Baxılıb: 38 Tarix: 23-09-2019, 11:55
Şərh bildir
yenilə, əgər kod görünmürsə